![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Məzunlara attestatların təqdim edilməsinə başlanılıb
- - - -
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində IX və XI sinfi bitirən məzunlara attestatlar təqdim edilir.
İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbində attestatların təqdim edilməsi mərasimində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev iştirak edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərin IX sinfini 3437, XI sinfini isə 2286 nəfər şagird bitirib.
Valideynlərin diqqətinə çatdırırıq ki, attestatların məzunlara paylanılması ilə əlaqədar hər hansı sual və ya şikayətiniz olduğu halda idarənin (+994) 50 634 31 86 “Whatsapp” qaynar xətt nömrəsinə yaza bilərsiniz.
Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.