![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Təhsil işçiləri arasında şahmat turniri
- - - -
İyulun 21-də Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur bölmələrdə və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi arasında 2023-cü il "Heydər Əliyev İli" nə həsr olunan şahmat turniri keçirilib.
Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yarışı giriş sözləri ilə açan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov keçirilən yarışın əhəmiyyətindən danışaraq bütün turnir iştirakçılarına uğurlar arzulayıb.
35 iştirakçının iştirak etdiyi yarış FİDE qaydaları çərçivəsinə uyğun olaraq kişilər və qadınlar arasında İsveçrə sistemi ilə 7 turdan ibarət olmaqla keçirilib.
Sonda I, II və III yerin qalibləri müəyyənləşib. Qalibləri təbrik edir, hər birinə uğurlar arzulayırıq.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin şahmatın inkişafında əhəmiyyətli rolunun qeyd olunması, asudə vaxtın səmərəli təşkili və təhsil işçiləri arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.