veten informasiya agentliyi

“Android” sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq

Tarix:24-08-2020, 06:46
Baxış Sayı:1 728

“Android” sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq




“Google” əməliyyat sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq. Bu barədə “Global Times” nəşrinə şirkət rəhbərinə yaxın analitik Ma Tszihua bildirib. Onun sözlərinə görə, qurğu “Android” əvəzinə, “Huawei” şirkətinin istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təchiz olunacaq.
Ekspert “HarmonyOS” sistemli ilk smartfon haqqında ətraflı məlumatın sentyabrın 10-12-də keçiriləcək “HDC 2020” tərtibatçılar konfransında veriləcəyini gözləyir. Bundan başqa, konfransda “Android 11” əsaslı “EMUI 11” interfeysi təqdim ediləcək və “HongmengOS 2.0” (HarmonyOS Çində belə adlanır) sisteminin imkanları barədə məlumat veriləcək. Yeni əməliyyat sistemi smartfonlarla yanaşı, “ağıllı” saat və bilərziklərlə, eləcə də avtomobil sistemləri və kompüterlərlə uyğunluq təşkil edəcək.
Texnologiyanı təsvir edən “Huawei” istehlak biznesinin rəhbəri Riçard Yu qeyd edib ki, “HarmonyOS” analoqlarından etibarlıdır, çünki onun mikronüvəsi kənar servislərindən qorunur, resursları daha səmərəli paylayır və ümumilikdə “Android” sistemindən fərqli olaraq daha sürətli işləyir.

“Huawei” şirkəti “HarmonyOS” sisteminin hazırlanmasını ötən il ABŞ hakimiyyəti tərəfindən tətbiq edilən sanksiyalar səbəbindən yerli şirkətlərlə əməkdaşlıq imkanından məhrum olduqdan sonra aktivləşdirib. Ötən həftə Çin şirkətinə “Android” yeniləmələrini birbaşa “Google”dan almaq hüququ verən müvəqqəti lisenziyanın qüvvədə olma müddəti başa çatıb. Buna baxmayaraq “Huawei” həm buraxılan, həm də gələcək qurğuların dəstəklənməsini davam etdirəcək.
“HarmonyOS” 2019-cu ilin avqustunda “Android”dən daha sürətli və təhlükəsiz əməliyyat sistemi kimi təqdim edilib. O, “ağıllı” dinamiklərdən tutmuş, qoşulmuş sensorlara qədər geniş qurğuları əhatə edir.

6 yaşlı uşağı maşın vurdu
6 yaşlı uşağı maşın vurdu
Prezident: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam
Prezident: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam
FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vuruldu
FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vuruldu
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
UKMTO: Oman sahillərində daha bir tanker vurulub
UKMTO: Oman sahillərində daha bir tanker vurulub
Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır
Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır
Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb
Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb
Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü
Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü