veten informasiya agentliyi

Məşhur uşaq pudraları xərçəng yaradır? - Minlərlə şikayətçi var

Tarix:17-10-2025, 09:32
Baxış Sayı:107

 Məşhur uşaq pudraları xərçəng yaradır? - Minlərlə şikayətçi var

Böyük Britaniyada 3,000 nəfər "Johnson & Johnson" şirkətinə qarşı 1 milyard funt sterlinq dəyərində iddia qaldırıb.

Buna səbəb şirkətin məşhur uşaq pudralarının tərkibinin bilərəkdən dəyişdirilməsi ilə bağlı şikayətlərdir.

Çoxsaylı şikayətçilər bildirir ki, şirkətin illərdir satdığı "talk" əsaslı (red.-talk əsaslı pudra-dərini quru və hamar saxlamaq üçün işlədilən, təbii mineral olan talkdan hazırlanan incə tozdur) uşaq pudraları qəsdən "asbest" adlı maddə ilə çirkləndirilib ki, bu da xərçəng riski yaradır.

"İndependent"in məlumatına görə, iddiaçılar arasında yumurtalıq xərçəngi və mezotelyoma xəstəliyinə tutulanlar, həmçinin onkoloji xəstəliklərdən ölən şəxslərin ailə üzvləri var.

Onlar sözügedən məhsuldan 1960-cı illərdən etibarən istifadə etdiklərini bildirirlər.
İddianamədə deyilir ki, "Johnson & Johnson" hələ 1960-cı illərdə məhsullarda "asbest" izlərinin mövcudluğunu bilib, amma bu haqda istehlakçılara xəbərdarlıq etməyib.

Məşhur şirkət isə, qeyd olunan iddiaları rədd edir. Bildirilir ki, pudra bütün tənzimləyici standartlara cavab verir, "asbest" tərkibli deyil və xərçəngə səbəb olmur.

O da qeyd olunur ki, "J&J" 2020-ci ildən ABŞ və Kanadada, 2023-cü ildə isə qlobal miqyasda "talk" əsaslı pudranın satışını dayandırıb.

Qeyd edək ki, şirkətlə bağlı öncəki illərdə də bu tipli çoxsaylı şikayətlər və iddialar qaldırılıb.

London Ali Məhkəməsində başlanan işlə bağlı yekun qərar hələ elan olunmayıb.

Məlumat üçün bildirək ki, sözügedən firmanın məhsulları Azərbaycanda da satılır.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu