veten informasiya agentliyi

Zelenski: "Dünya susur, Rusiya hücumlarını artırır"

Tarix:7-10-2025, 12:42
Baxış Sayı:96

 Zelenski: "Dünya susur, Rusiya hücumlarını artırır"

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib ki, Rusiya qış mövsümünə yaxınlaşdıqca Ukraynanın qaz və enerji obyektlərinə hücumlarını artırır.




O, qeyd edib ki, zərbələr əsasən mülki infrastruktura energetika sistemlərinə, anbarlara və iqtisadiyyatı dəstəkləyən dəmiryolu daşımalarına yönəlib. Həmçinin, çoxsaylı yaşayış binaları zərər görüb.




Zelenskinin sözlərinə görə, bu hücumlar artmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də kifayət qədər güclü və adekvat reaksiya vermir. Onun sözlərinə görə, Rusiya məhz Qərbin susqunluğundan istifadə edərək müharibəni dayandırmaq və ya azaldmaq təkliflərini rədd edir.




"Rusiya açıq şəkildə qışa hazırlıq üçün vacib olan qaz və enerji infrastrukturunu məhv etməyə çalışır, ancaq dünya tərəfindən ciddi cavab yoxdur. Biz mübarizəmizi davam etdirəcəyik ki, sükut pozulsun və Rusiya əməllərinə görə məsuliyyət daşısın," - deyə Zelenski əlavə edib.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu