veten informasiya agentliyi

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

Tarix:4-10-2025, 09:30
Baxış Sayı:140

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

Alzheimer xəstəliyinin müalicəsində yeni üsul kəşf olunub.

Zürix Universiteti və Nyu-York Universitetinin alimləri beynin müxtəlif sahələrini eyni anda yüksək dəqiqliklə stimullaşdırmağa imkan verən yeni ultrasəs texnologiyası təqdim ediblər.

Tədqiqat Nature Biomedical Engineering jurnalında dərc olunub.

İndiyədək ultrasəs neyromodulyasiyası yalnız bir nöqtəyə yönəldilirdi və bu da həm təsir baxımından məhdudiyyətlər, həm də yan təsirlər yaradırdı. Yeni qurğu isə yüzlərlə xırda yayıcı vasitəsilə hologram işığına bənzər dalğalar yaradaraq beyində bir neçə fokus nöqtəsini aktivləşdirir.

Layihəyə rəhbərlik edən professor Daniel Razanskinin sözlərinə görə eyni anda çoxsaylı sahələrin stimullaşdırılması ultrasəsin daha zəif intensivliklə istifadəsinə imkan verir ki, bu da üsulu təhlükəsiz edir. Əvvəllər zəif stimullaşdırma effekt vermirdi, güclü stimullaşdırma isə bütün beyni təsirləndirərək toxumalara ziyan vururdu. 

Metod siçanlar üzərində sınanıb və kəllə sümüyündən keçirilməklə qeyri-invaziv stimullaşdırma aparılıb. Alimlər təsirin yalnız lokal istiliklə deyil, həm də neyronların ion kanallarının mexaniki stimullaşdırılması ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Hələlik əsas elmi-tədqiqat mərhələsində olan bu üsul gələcəkdə Alzheimer xəstəliyi, epilepsiya, tremor, Parkinson və depressiya kimi xəstəliklərin müalicəsində tətbiq oluna bilər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu