veten informasiya agentliyi

"ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri

Tarix:2-05-2025, 10:10
Baxış Sayı:126

"ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri"ChatGPT", "DeepSeek", "Gemini" və "Grok" kimi süni intellekt chatbotları son dövrlərin ən çox müzakirə olunan texnologiyaları arasında yer alır. İstifadəçilər bu alətlərin necə işlədiyini və niyə bu qədər ağıllı göründüyünü tez-tez soruşurlar. Əslində isə, bu sistemlərin arxasında insan beynini təqlid edən mürəkkəb, amma maraqlı bir proses dayanır.

Hər şey 2016-cı ildə "Google" mühəndislərinin "Google Translate"i təkmilləşdirmək istəyilə başlayıb. Məqsəd maşınların sözləri tək-tək deyil, bütün cümlə kontekstində başa düşməsini təmin etmək idi. Çünki, məsələn, "işıq" sözü kontekstdən asılı olaraq fərqli mənalar verə bilər.

Süni intellektlər insan beynindən ilhamlanaraq işləyir. İnsan beyni 86 milyard neyron və bu neyronlar arasında trilyonlarla əlaqə ilə fəaliyyət göstərir. Biz hər dəfə yeni bir şey öyrəndikdə, bu əlaqələr dəyişir. Süni neyron şəbəkələri də eyni prinsipə əsaslanır - lakin rəqəmsal şəkildə.

Maşınlara bir sözün mənasını öyrətməyin yolu isə onu kontekstə yerləşdirməkdir. Yəni bir sözün ətrafındakı sözləri də nəzərə alaraq mənanı müəyyən etmək.

"Google" mühəndisləri bu problemi həll etmək üçün "diqqət"  adlı bir mexanizm hazırladılar. Bu sistem maşının hansı sözlərin daha vacib olduğunu başa düşməsini təmin edir. Sonra isə bu texnologiyanın təməlində duran "transformer" modeli yaradıldı.

Buradan etibarən ChatGPT kimi modellər milyonlarla kitab, veb sayt, forum yazısı və sosial media paylaşımını "oxumaqla" öyrədilir. Onlar bu məlumatlardan hansı sözün hansı sözlə bir yerdə istifadə edildiyini öyrənirlər. Bu prosesi "dilin statistik öyrənilməsi" adlandırmaq olar.

Modelə natamam cümlə verilir və ondan növbəti sözü tapmaq tələb olunur. Doğru cavablar üçün mükafat, yanlış cavablar üçün isə "cəzalar" tətbiq edilir. Bu üsula möhkəmləndirmə öyrənməsi deyilir.

Sorğulara cavab necə yaranır?

Məsələn, siz "Mənə Barselona şəhərinin tarixi haqqında danış" sorğusu yazdıqda, model bu cümləyə hansı cavabın uyğun olduğunu əvvəlki öyrəndiklərinə əsaslanaraq təxmin edir. Cavabın ilk sözünü proqnozlaşdırır, sonra isə bir-bir ardıcıllıqla növbəti sözləri əlavə edərək cavabı tam formalaşdırır.

Bu texnologiyalardan çıxarılası bir neçə əsas nəticə var:

"ChatGPT" şüurlu deyil. Onun nə mənlik hissi, nə düşüncə qabiliyyəti, nə də niyyəti var. Yəni qorxmağa ehtiyac yoxdur - o, robot inqilabına başçılıq etməyəcək.

"ChatGPT hesablama aparmır. O, məsələn, 2+2=4 cavabını ona görə verir ki, bu ifadəni çox yerdə belə görüb. Əgər ona tamamilə yeni və mürəkkəb bir prosedur təqdim etsəniz, çaşqın cavablar verə bilər.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı