veten informasiya agentliyi

Bu türk dövləti ilə Rusiya arasında qarşıdurma böyüyür: Azərbaycan alternativ ola bilər

Tarix:15-04-2025, 15:29
Baxış Sayı:174

Bu türk dövləti ilə Rusiya arasında qarşıdurma böyüyür: Azərbaycan alternativ ola bilərRespublika vətəndaşlarının Moskva hamamında saxlanmasından və sonradan bəzilərinin deportasiya edilməsindən sonra Qırğızıstan Rusiyadan yan keçən qaz marşrutunun çəkilişi haqda düşünür.

Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev deputatlardan birinin Rusiyada baş verənlərə Bişkekin reaksiyası ilə bağlı sualına belə cavab verib.

Parlamentdə Qırğızıstan vətəndaşlarının Moskvada saxlanmasının mümkün nəticələri müzakirə edilib.

“Siz qeyd etdiniz ki, bizim benzin, qaz və digər resurslarımız kəsilə bilər. Bəs başqa ölkələrdən benzin və qaz tədarükü üçün alternativləri nəzərdən keçirirsinizmi?", - deyə deputat nazirdən soruşub.

Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri cavab verib ki, "biz Azərbaycandan və ya İrandan ala bilərik, amma Rusiyadan nefti rüsumsuz alırıq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başa çatsa, bu, alternativ marşrut yaradacaq".

O, eyni zamanda, mümkün nəticələri hesablamaq lazım olduğunu bildirib. Əks halda, Kulubayev hesab edir ki, “bir addım belə sanksiyalara səbəb ola bilər”.

Xatırladaq ki, aprelin 14-də Moskva hamamında onlarla Qırğızıstan vətəndaşı saxlanılıb. Qırğızıstan Xarici İşlər Nazirliyi Moskvadan respublika vətəndaşlarının saxlanmasının səbəblərini izah etməyi tələb edib.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu