veten informasiya agentliyi

Küçələrdə sahibsiz heyvanları yedizdirənlər cərimələnə bilər - Yeni qanun layihəsi

Tarix:25-03-2025, 12:24
Baxış Sayı:142

Küçələrdə sahibsiz heyvanları yedizdirənlər cərimələnə bilər - Yeni qanun layihəsi 

Rusiya Dövlət Dumasının deputatları sahibsiz heyvanları yedizdirməyə görə cəza tətbiq etməyi təklif edirlər.

Bu barədə RBC məlumat yayıb.

Nəşr bildirir ki, Dövlət Dumasının sahibsiz heyvanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupu qanun layihəsinə bir sıra düzəlişləri dəstəkləyib.

Təklif olunan dəyişikliklərə sığınacaqlarda evsiz heyvanların evtanaziyası üçün əsasların genişləndirilməsi də daxildir. 498 saylı qanunun hazırkı redaksiyasında yalnız heyvanın dözülməz iztirablara məruz qaldığı hallarda öldürülməsinə icazə verilir. Yeni dəyişiklik bu tədbirin insanlara, əmlaka və ya digər heyvanlara zərər vuran və ya təhlükə törədən heyvanlara şamil edilməsinə icazə verir.

Sahibi olmayan istənilən heyvanın tutulması təklif edilir. Küçədə tutulmuş heyvanın sahibinin olduğu anlaşılsa belə, geri qaytarma yalnız müəyyən edilmiş müddət ərzində rəsmi müraciət əsasında mümkün olacaq. Eyni zamanda, sahibinin üç gün ərzində heyvanın itməsi barədə məlumat verməli olduğu bir qayda tətbiq ediləcək - bunu etməmək ev heyvanını qəsdən tərk etmək kimi qiymətləndiriləcək.

Bundan əlavə, deputatlar sahibsiz heyvanların yemlənməsini qadağan edən qanunun qəbulunu zəruri hesab edirlər. Bunu edənlər cərimələnə bilər. Həmçinin vətəndaşlar tərəfindən sahibsiz heyvanların tutulmasına mane olmaq cəhdlərinin qadağan edilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, bəhs edilən qanun layihəsi martın əvvəlində Dövlət Dumasına təqdim edilib.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu