veten informasiya agentliyi

Paşinyanın xüsusi nümayəndəsi türklərə dedi: İrəvan heç bir ilkin şərt olmadan...

Tarix:13-03-2025, 16:57
Baxış Sayı:193

Paşinyanın xüsusi nümayəndəsi türklərə dedi: İrəvan heç bir ilkin şərt olmadan...Türkiyənin NTV telekanalı Ermənistanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, ER Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyanın iştirakı ilə reportaj yayıb.

Rubinyan qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa tam hazırdır.

"Ermənistanın yanaşması barışıq prosesi başlayandan bəri dəyişməyib. Biz Türkiyə ilə münasibətlərin tam normallaşmasını gözləyirik, bura diplomatik münasibətlərin normallaşdırılması və Ermənistanın quru sərhədinin açılması daxildir", - Rubinyan vurğulayıb.

Normallaşma prosesinin özündən danışan Ermənistanın xüsusi nümayəndəsi bir daha vurğulayıb ki, Ermənistan heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır. "Ermənistan dünən, bu gün və sabah tam nizamlanmaya hazırdır və Türkiyədə də eyni siyasi iradə olarsa, o zaman bütün bunlar çox sürətlə həyata keçiriləcək", - vitse-spiker bildirib.

Rubinyan vurğulayıb ki, Ermənistan sərhədlərin tam açılması istiqamətində Türkiyənin ilk addımını atmasını gözləyir. Bu kontekstdə o xatırladıb ki, Ermənistan tərəfdəki Marqara keçid məntəqəsi tamamilə yenilənərək işlək vəziyyətə gətirilib və türk tərəfdaşlarından da eyni şey gözləniləndir. Vitse-spiker qeyd edib ki, bundan əvvəl də sərhəddəki körpünün təmiri və ya yenidən qurulması ilə bağlı razılıq əldə olunub.

“Bu günə qədər ən mühüm razılaşma tərəflərin 2022-ci ildə razılaşdığı üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasıdır”, - deyə Rubinyan yekunlaşdırıb.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu