veten informasiya agentliyi

Tramp Amerikanın ərazisini niyə genişləndirmək istəyir? - Cavab elə ABŞ-dan gəldi

Tarix:13-03-2025, 16:51
Baxış Sayı:197

Tramp Amerikanın ərazisini niyə genişləndirmək istəyir? - Cavab elə ABŞ-dan gəldiABŞ prezidenti Donald Tramp ərazi genişlənməsini siyasi irsinin əsas elementi hesab edir və digər ölkələrin müqavimətinə baxmayaraq, bu ideyanı irəli sürməkdə davam edir.

Bu barədə “The Wall Street Journal” (WSJ) Ağ Ev administrasiyasındakı mənbələrə istinadən yazır.

Qeyd edilir ki, Tramp Qrenlandiya, Panama kanalı və mübahisəli Kanada ərazilərini əhatə edən iddialı planları həyata keçirməkdə ciddidir.

"Administrasiya, Danimarkaya aid olmasına baxmayaraq, Qrenlandiyanın alınması üçün hərbi ssenariləri istisna etməyib. Vaşinqton Kopenhagenə Amerikanın hərbi mövcudluğunu genişləndirməyi və Amerika şirkətləri tərəfindən resurs çıxarılması üçün güzəştli şərtlər təqdim etməyi təklif edir. Bununla belə, Tramp Qrenlandiya üzərində tam nəzarət ideyasından vaz keçməkdən imtina edərək sərt mövqe nümayiş etdirir", - mənbələr bildiriblər.

Mövcud razılaşmalara baxmayaraq, Tramp kanalın ABŞ-ın nəzarətinə qaytarılmasında israr etməkdə davam edir və bu, həm Panamada, həm də beynəlxalq tərəfdaşlar arasında narahatlıq yaradır.

Xüsusi ilə vurğulanır ki, digər ölkələrin ekspansionist siyasətlərinin tənqidi, o cümlədən Danimarka və Kanadanın sərt reaksiyaları Trampın qətiyyətini gücləndirib. Nəşrin mənbələri qeyd edir ki, prezident müqaviməti daha aktiv fəaliyyət tələb edən çağırış kimi qəbul edir.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu