veten informasiya agentliyi

Daha bir bölgədə müharibə riski: ABŞ sualtı qayıq göndərdi - Bu ölkə xəbərdarlıq etdi

Tarix:11-02-2025, 14:49
Baxış Sayı:175

Daha bir bölgədə müharibə riski: ABŞ sualtı qayıq göndərdi - Bu ölkə xəbərdarlıq etdiABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə diplomatiyaya qayıdıb-qayıtmayacağı hələ də maraq mövzusu olarkən Koreya yarımadasında gərginlik artıb. Şimali Koreya Müdafiə Nazirliyi ABŞ-ın bölgəyə nüvə sualtı qayığı yerləşdirdiyini iddia edib.

Nazirliyin açıqlamasında ABŞ-ın Koreya yarımadası və ətraf ərazilərdə faktiki hərbi münaqişəyə səbəb ola biləcək düşmən hərbi hərəkətləri ilə bağlı ciddi narahatlıq olduğu vurğulanıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri nüvə enerjisi ilə işləyən “Alexandria” sualtı qayığı sursat təchizatı bəhanəsi ilə Cənubi Koreyanın Busan şəhərinə yanaşıb:

"ABŞ nüvə sualtı qayığının bu il Koreya yarımadasında ilk açıq şəkildə görünməsi, ABŞ-ın Şimali Koreyaya qarşı dəyişməz müqavimətinin açıq ifadəsidir. Bu, Şimali Koreyanın təhlükəsizliyi üçün danılmaz təhdiddir və regionda hərbi gərginliyi artıran, sabitliyi pozan amildir.

Ordumuz regional təhlükəsizliyi təhdid edən ünsürlərə qarşı tədbirlər görəcək və təxribatçıları çəkinmədən cəzalandırmaq hüququndan istifadə edəcək".

Açıqlamada ABŞ-ın təhlükəsizlik qaydalarına məhəl qoymadığı vurğulanıb: “Düşmənin qarşıdurma mövqeyi qarşısında bir qarış belə geri çəkilməyəcəyik. ABŞ-ı bölgədə qeyri-sabitliyi artıran təxribatlara davam etməməsi üçün ciddi şəkildə xəbərdar edirik".

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu