veten informasiya agentliyi

İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib

Tarix:17-02-2021, 17:08
Baxış Sayı:1 256

İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib


Fevralın 17-də İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı və “TET International Development” MMC-nin qanuni təmsilçisi, “Oguz Agro Industry” şirkətinin prezidenti Tarao Savada və nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə rayonun rəhbəri yaponiyalı qonaqları salamlayıb, İsmayıllıda görməkdən məmnun olduğunu bildirib. RİH başçısı vurğulayıb ki, Azərbaycanla Yaponiya arasında işgüzar və diplomatik əlaqələr daha intensiv xarakter alıb. Bu əlaqələrin səmərəli nəticələri İsmayıllıda da öz əksini tapıb.

Yaponiyalı iş adamları ilə birgə rayonda biznes missiyalarının təşkilinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Yaponiya investorları tərəfindən rayonda turizm, kənd təsərrüfatı və digər sahələrə marağın olduğunu qeyd olunub. İsmayıllıda xarici və yerli investorlar üçün əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulanıb.

Xatırladaq ki, 2013-cü il noyabrın 22-də İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanıb. 2014-cü ildən başlayaraq İsmayıllı məktəbliləri ilə İto beynəlxalq “Home-stay” klubu arasında müəllim-tələbə əməkdaşlıq proqramı həyata keçirilir.

Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllıda bir çox layihələr –yapon bağı, uşaq bağçası, tibb məntəqəsi və məktəb binalarının tikintisi, içməli su çəkilişi, suvarma sistemləri və sair layihələr həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıllıya yerli və xarici investorların cəlb olunması üçün işlər davam etdirilir.

İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib

Görkəmli elm xadiminin 70 illiyinə sanballı biblioqrafik nəşr
Görkəmli elm xadiminin 70 illiyinə sanballı biblioqrafik nəşr
“Zaman gələr”lə “Zaman gəlməz”in əbədi məkanı- “Zaman gələr, zaman gəlməz” kitabı
“Zaman gələr”lə “Zaman gəlməz”in əbədi məkanı- “Zaman gələr, zaman gəlməz” kitabı
Bu ölkədə vətəndaşlıq almaq daha da çətinləşəcək
Bu ölkədə vətəndaşlıq almaq daha da çətinləşəcək
Sürücülər bu mahnılara qulaq asmasın!
Sürücülər bu mahnılara qulaq asmasın!
Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
Balakəndə 21 kiloqramdan artıq narkotik aşkarlandı
Balakəndə 21 kiloqramdan artıq narkotik aşkarlandı
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
Bakıdakı yağış aylıq normanın 133%-ni təşkil edir
Bakıdakı yağış aylıq normanın 133%-ni təşkil edir