veten informasiya agentliyi

"Seçkidən əvvəl bəzi partiyalar mənə təklif etdilər ki..." — Elza Seyidcahan SİRLƏRİ AÇDI

Tarix:5-03-2020, 13:56
Baxış Sayı:498

"Seçkidən əvvəl bəzi partiyalar mənə təklif etdilər ki..." — Elza Seyidcahan SİRLƏRİ AÇDI


Əməkdar artist Elza Seyidcahan növbədənkənar parlament seçkilərindən sonrakı fəaliyyəti haqqında danışıb.
“Ölkə.Az”ın suallarını cavablandıran Seyidcahan siyasi fəaliyyətindən də söhbət açıb.

“Mən özüm YAP-ın üzvüyəm. Mənim fikrimcə, bütün partiyalar orada cəmləşir. Bütün millət, vətən orada birləşir. Düzdür, elə insanlar var ki, YAP partiyasının adına layiq hərəkət etmirlər. Necə deyərlər, hər bir ailədə olduğu kimi övladın yaxşısı da var, pisi də. Bu da ona oxşar bir vəziyyətdir”,- deyə o, qeyd edib.

Elza Seyidcahan digər partiyalardan ona gələn təkliflərdən də danışıb.
“Mənə çox təkliflər gəldi. Ancaq mən düşünürəm ki, bütün partiyalar YAP-da birləşir. Musiqi dilində desək, bir harmoniya təşkil edir. Seçkidən əvvəl bir neçə müxalif partiyalardan namizədliyimi oradan vermək təklif olundu. Ancaq mən namizədliyimi öz partiyamdan - YAP-dan irəli sürdüm. YAP bizə Ulu Öndərdən qalan, başımızın tacı sayılan mirasımızdır”.

Əməkdaşımızla söhbətində əməkdar artist bildirib ki, heç vaxt qarşısına qoyduğu məqsədindən əl çəkmir.

“Mən heç bir zaman məqsədimdən, əqidəmdən dönməmişəm. Mən seçkilərə xalqın istəyi ilə qatılmışdım. Əslində biz sənətkarlar xalq tərəfindən ömürlük millət vəkili seçilmişik. Ancaq belə seçkilərdə də seçilməliyik ki, hər zaman xalqın yanında olaq, onlarda ruh yüksəkliyi yaradaq. Onlar da fəxr etsinlər ki, bu cür gözəl vətəndə yaşayırlar və onların İlham Əliyev kimi prezidentləri var. Ona görə mən mübarizəmi sona qədər aparacağam. Xalqımızın məhəbbəti, sevgisi mənim qıc olmuş əllərimi açdı. Bəlkə də bəziləri sevindi ki, Elza xanım siyasətdən, musiqidən getdi, amalından məqsədindən uzaqlaşdı. Xeyr, Elza heç zaman amalından, qarşısına qoyduğu məqsəddən uzaqlaşmır, qoy sevinməsinlər. Mən buradayam, mübarizəmi qaldığım yerdən davam etdirmək üçün əlimdən gələn hər bir şeyi etməyə hazıram”, - deyə o, fikrini tamamlayıb.

VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
"Korrupsiyadan azad mühit və şəffaflıq" mövzusunda maarifləndirici seminar keçirilib
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub