veten informasiya agentliyi

Bu dairədə hərəkət dəyişdi: Bilməyənləri 60 manat cərimə gözləyir

Tarix:8-01-2017, 11:54
Baxış Sayı:586

Bakının mərkəzində qoyulmuş yeni yol nişanı yol polisinin sürücülər üçün yeni tələ qurması kimi başa düşülüb. Azərbaycan prospektindən “beşmərtəbə dairəsi” tanınan istiqamətdə “DAİRƏ” nişanı var. Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edən sürücülər üçün isə dairəyə daxil olanda yeni “STOP” nişanı qoyulub. Sürücülər hesab edir ki, yol polisi Azərbaycan prospekti istiqamətində gələn sürücülərə “dairəni burax”, dairəyə daxil olanlara isə “sağdan gələn avtomobilləri burax” əmredici nişanları qoymaqla onları çaş-baş salır. Bu yolla da hər iki istiqamətdə hərəkət edən sürücülər yol polisi tərəfindən cərimə edilir.

\Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov criminal.az-a bildirdi ki, həmin istiqamətdə avtomobillərin hərəkətin istiqamətində dəyişiklik edilib. Bölmə rəisinin sözlərinə görə, edilmiş dəyişiklik tələ yox, günün tələbidir. V.Əsədov qeyd etdi ki, “Qoşa qala” qapısından Azərbaycan prospekti ilə “beşmərtəbə” kimi tanınan ərazi istiqamətində hərəkət edən avtomobil sürücüləri “beşmərtəbə dairəsi”ndən sağa dönərkən dayanmadan hərəkətlərini düzünə, sola və dairəvi hərəkət edəcəklər. Eyni zamanda, Cəfər Cabbarlı küçəsi ilə hərəkət edənlər isə dairəyə daxil olmaq istəyərdək “STOP” nişanının tələbinə uyğun hərəkət edir. “DAİRƏ” nişanının olması onların hərəkətinə mane olmur. Bu barədə Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizlik komissiyasının qərarı var. Aparılan xrionometraj göstərir ki, Azərbaycan prospektində hərəkət intensivliyi var. Avtomobillərin hərəkətində sıxlıq yaradırdı. İndi sürücülər getsinlər baxsınlar ki, dəyişiklilər tələdir, yoxsa gününün tələbi?

Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var
Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var
Edam hökmü niyə gecikir? - Azərbaycan İrandakı səfirini geri çağıra bilər
Edam hökmü niyə gecikir? - Azərbaycan İrandakı səfirini geri çağıra bilər
Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?
Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR
Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR