veten informasiya agentliyi

Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?

Tarix:17-09-2024, 16:00
Baxış Sayı:13

Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?

Hazırda Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlar 1 il ərzində bu imkandan məhrum qalırlar. Bəzi hallarda isə banklar limit adı altında vətəndaşlardan dollar almaqdan imtina edir, bununla bağlı müxtəlif bəhanələr gətirirlər. Halbuki dolların banklar tərəfindən alışı milli valyutanın məzənnəsinin stabilliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən də əhalidən valyuta alışı zamanı limitin tətbiq edilməsi doğru addım deyil.

Məsələ ilə bağlı açıqlama verən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu limit qeyri-rəsmidir.

“Yəni, qanunda belə bir məqam yoxdur. Buna baxmayaraq praktikada bunu tədbiq edirlər. Banklar özlərindən 20 min manatlıq limit qoyublar. Məbləğ qoyulan limitdən artıq olanda deyirlər ki, pulun mənbəyi haradır, bunu təsdiqləyən sənədlər gətir”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, məmurların gəlir və xərc bəyannaməsi olmayan ölkədə heç kəs soruşa bilməz ki, pul hardan əldə edilib: “Vətəndaşlar gedib özünə 200 minlik ev, maşın alırlar. Heç kəs, heç bir qurum soruşmur ki, bunu necə aldın? Amma banklar dollar mübadiləsi zamanı məbləği soruşurlar, maraqlanırlar”.

Əkrəm Həsənov əlavə edib ki, burada əsas məqsəd insanları dollar alışından çəkindirməkdir:

“Bu faktı artıq hamı bilir və görür. Bu limiti qoyan hansısa dövlət orqanıdır, lakin adını qoyublar ki, bunu banklar edir. Bu da gülməlidir, banklar niyə özlərinə limit qoysunlar? Bankların əsas funksiyalarından biri valyuta mübadiləsi əməliyyatı ilə pul qazanmaqdır. Bir sözlə, Azərbaycanda maliyyə sisteminin vəziyyəti elə də qənaətbəxş deyil. Əgər yaxşı olsaydı, belə qanunsuz limiti bu yolla tədbiq etməzdilər”.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) sorğumuza cavab olaraq qeyd edib:

“Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, banklar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblər isə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın (MUT Qaydaları) 5-ci və 6-cı bölmələrdə yer alıb.

Hazırda bankların daxili nəzarət proqramlarında 20 min manatdan yuxarı məbləğdə valyutanı nağd alan şəxslərdən müvafiq əməliyyatın məqsədinə, o cümlədən vəsaitlərin mənbəyinə dair sənədlərin əldə edilməsi, habelə digər gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin görülməsi nəzərdə tutulub”.

Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub