veten informasiya agentliyi

Sürücülər bu xəbəri oxumasa, radara düşə bilər - XƏBƏRDARLIQ

Tarix:29-12-2016, 11:36
Baxış Sayı:658

Sürücülər bu xəbəri oxumasa, radara düşə bilər - XƏBƏRDARLIQ





















Ziya Bünyadov prospektindəki tunelə radar quraşdırılıb, 70-i keçənləri çəkir

Bu gün sosial şəbəkələrdə sürücüləri məlumatlandırmaq üçün xəbər yayılıb. Kim tərəfindən yayıldığı dəqiq bilinməsə də, bu xəbər sürücülər tərəfindən geniş yayımlanıb. Hətta tanınmış şəxslər də xəbəri paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. Avtosfer.az-ın məlumatına görə, xəbərdə bildirilir ki, Dərnəgül yolundakı tuneldə radar quraşdırılıb. Guya tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət edirmiş. Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir.

Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür. Xəbər sosial şəbəkələrdə o qədər sürətlə yayılıb ki, hətta tanınmış müğənni Nadir Qafarzadə də buna inanaraq öz İnstaqram səhifəsində paylaşıb. O, sürücüləri qaydalara əməl etməyə səsləmək əvəzinə, bu xəbəri paylaşıb ki, ay sürücülər, diqqətli olun, bayramqabağı radara düşüb kefinizi pozmayın. Əslində, həmin tuneldə nə baş verir? Bəlkə də orada doğrudan da radar quraşdırılıb. Lakin o yoldan istifadə edənlər də yaxşı bilir ki, tunellərin girişinə sürət həddini (60 km/saat) bildirən yol nişanları quraşdırılıb. Yəni, 90-lıq yoldan tunnelə daxil olarkən sürət həddi dərhal 60-a düşür. Və bunu bildirən nişanlar bir yox, bir neçə dəfə təkrar olunur. Odur ki, bu xəbərin doğru olub-olmadığını tam dəqiq söyləmək çətindir.

Yəqin ki, DYP bu barədə açıqlama verəcək…

Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var
Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var
Edam hökmü niyə gecikir? - Azərbaycan İrandakı səfirini geri çağıra bilər
Edam hökmü niyə gecikir? - Azərbaycan İrandakı səfirini geri çağıra bilər
Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?
Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR
Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR