veten informasiya agentliyi

Qənirə Paşayeva Gəncədə baş verən rüsvayçılığa sərt reaksiya verdi

Tarix:5-04-2017, 09:51
Baxış Sayı:862

Qənirə Paşayeva Gəncədə baş verən rüsvayçılığa sərt reaksiya verdi













Millət vəkili Qənirə Paşayeva Gəncədə baş verən biabırçı hadisəyə sərt münasibət bildirib.

Deputat Facebook profilində baş verən hadisəni və hadisə iştirakçılarını qınayıb. Q.Paşayeva həmçinin əmi ilə qardaşı qızınının nikahını kəsən din xadiminin cəzalanmasını istəyib:

"Gəncədə bir "insan"ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz yəqin yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz. Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nikaha girməsi oldu. Bu məsələ ciddi araşdırılmalıdır və əgər məlumatlar doğrudursa buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. Cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Bu cür dəhşətli hadisələrin artmaması üçün.Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq", - deyə Qənirə Paşayeva yazıb.

Qeyd edək ki, Gəncə şəhərində tükürpədici hadisə baş verib. 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub (olke.az).

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?