veten informasiya agentliyi

Milli Məclis cari ilin son iclasını keçirəcək

Tarix:29-12-2017, 10:53
Baxış Sayı:538

Milli Məclis cari ilin son iclasını keçirəcək














Bu gün Azərbaycan parlamenti 2017-ci ilin son plenar iclasını keçirəcək.
AZTB.info xəbər verir ki, iclasda bir sıra məsələlərə baxılacaq. Parlamentarilər ilin son iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsini müzakirə edəcək. Sonra millət vəkilləri arasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi müzakirə ediləcək.

Deputatların işi bununla yekunlaşır. Parlament üzvləri yeni hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxaracaqlar.
İclasda yeni hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasda Azərbaycanla bir neçə ölkə arasında sənədlərin təsdiq edilməsi, "Bələdiyyələrin statusu haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Turizm haqqında", "Yol hərəkəti haqqında" və digər qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?