veten informasiya agentliyi

İcra başçıları xanım müavinlərlə niyə vidalaşır?

Tarix:26-07-2017, 10:27
Baxış Sayı:779

İcra başçıları xanım müavinlərlə niyə vidalaşır?















Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinə xanım müavinlərin təyinatına təxminən 2013-cü ildən başlanılıb.

Həmin göstəriş qısa zamanda demək olar ki, bütün ölkəboyu icra olundu. Bu, yerlərdə də müsbət qarşılanan hadisəyə çevrildi.

Amma son vaxtlar bəzi rayonlarda icra başçılarının xanım müavinlərinin vəzifədən uzaqlaşdırlması halları gerçəkləşməyə başlayıb.

Dünən media Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərovanın vəzifəsindən azad olunduğu barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, bir müddət öncə Bakının Sabunçu rayon İcra Hakimiyyətində də anoloji addım atılıb. Belə ki, icra başçısının xanım müavini Arzu Məmmədova tutduğu vəzifədən azad edilib.

Sabunçu rayon İcra Hakimiyyətindən xəbəri təsdiqləyiblər. Bildirilib ki, hələ ki keçmiş xanım müavininin yerinə təyinat yoxdur.

"Arzu Məmmədova hazırda Gənclər və İdman Nazirliyində yeni vəzifədə çalışır. Onun yerinə təyinat yoxdur. Yaxın vaxtlarda yeni təyinatla bağlı məlumat veriləcək".

Kəlbəcər rayon İcra Hakimiyyətinin saytındakı məlumatlarda da xanım müavinin adına rast gəlmədik. Məlum oldu ki, bu qurumda edilən kadr dyişiklikləri nəticəsində icra başçısının xanım müavinini kişi müavin əvəzləyib.

Abşeron rayon İcra Hakimiyyətində də xanım müavin yoxdur. Doğrudur, bu rayonda icra başçısının özü qadındır. İcra başçısı İradə Gülməmmədova əvvəllər ictimai-siyasi və humanitar məsələlər üzrə müavin postunu tutub. O, icra baçısı təyin olunandan sonra xanım müavin götürməyib. Hazırda Abşeron rayon İcra Hakimiyyətində bütün müavinlər kişidir.

Xanım müavinlərin yola salınma hallarının digər bəzi rayonlarda da olduğu deyilir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?