veten informasiya agentliyi

Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”

Tarix:15-11-2018, 11:36
Baxış Sayı:479

Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”














Bu gün Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə paytaxtda yerləşən 276 nömrəli orta məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbirdə polis əməkdaşları ilə yanaşı məktəbin pedaqoji kollektivi də iştirak edib. Əvvəlcə çıxış edən məktəbin direktoru Bəhram Şiriyev polis əməkdaşlarına şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği işində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra şagirdlər qarşısında çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirici tədbirlərinin mütamadi olaraq keçirildiyini bildirib. O, qeyd edib ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaqdan ibarətdir. V.Əsədov həmçinin bildirib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.

Görüş zamanı şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır fəsadlardan bəhs edən sosial video çarxlar nümayiş etdirilib. Daha sonra şagirdləri maraqlandıran suallara cavab verilib. Tədbirdə aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim edilib.

Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”Vaqif Əsədov: “Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib”

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?