veten informasiya agentliyi

WhatsApp və Telegram-da problemlər var

Tarix:18-03-2017, 12:30
Baxış Sayı:898

WhatsApp və Telegram-da problemlər var















"Check Point" şirkəti "WhatsApp" və "Telegram" kliyentlərinin onlayn versiyasında aşkar edilmiş boşluq haqda məlumat verib.

Hakerlər qurbana adi şəkildən seçilməyən zərərverici kod göndərirlər. Şəkli açarkən işə düşən alqoritm hakerə qurbanın hesabına tam giriş əldə etməyə imkan verir: yazışma, şəkil, video və bütün fayllar açılır. Bundan sonra qurbanın kontaktlarına virusu göndərmək olar.

ICTnews bildirir ki, bu problem yalnız "WhatsApp" və "Telegram" kliyentlərinin veb versiyasında aşkar edilib. Sözügedən messencerlərin mobil tətbiqlərində boşluq yoxdur. "Check Point" şirkətinin mütəxəssisləri artıq messencerlərin yaradıcılarına xəbərdarlıq ediblər və onlar operativ şəkildə problemi həll ediblər. Narahatçılığa heç bir əsas yoxdur, amma tanımadığınız kontaktlardan göndərilmiş faylları açmağı məsləhət görmürük.

Mesajların şifrlənməsi boşluğun səbəbidir. Belə ki, yazışmanın yalnız çat iştirakçıları üçün açıq formada əlçatan olması səbəbindən faylları yoxlamaq qeyri-mümkün olub. İndi bütün göndərilən məzmun şifrləmədən öncə yoxlanılaraq zərərverici fayllar bloklanır.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?