veten informasiya agentliyi

"Fitch": Azərbaycanın neft ehtiyatları hələ 25, qaz ehtiyatları isə 120 ilə bəs edəcək

Tarix:16-02-2021, 17:18
Baxış Sayı:851


Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.
"Fitch": Azərbaycanın neft ehtiyatları hələ 25, qaz ehtiyatları isə 120 ilə bəs edəcək
Virtualaz.org bildirir ki, "Fitch Ratings" BP ilə birgə apardığı hesablamalar nəticəsində belə qənaətə gəlib.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.



2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alan "Fitch" onu da bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları daha 120 ilə çatacaq.

Beynəlxalq agentlik qeyd edir ki, bu göstərici üzrə Azərbaycan yalnız Qətərə uduzur və dünya liderlərindən biridir. Qazaxıstanın qaz ehtiyatları üzrə hasilatı nəzərə alınsa, o, Azərbaycan ilə eyni səviyyədədir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə 34,6 mln. ton neft, 37,14 mlrd. kubmetr və 35,6 mlrd.kubmetr isə qaz istehsal edilib.

10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı