veten informasiya agentliyi

Bakı-Sumqayıt yolu 3 aya təhvil veriləcək

Tarix:21-02-2020, 23:56
Baxış Sayı:427

Bakı-Sumqayıt yolu 3 aya təhvil veriləcək

Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyinin yenidən qurulması işləri davam etdirilir.
Trend verdiyi məlumata görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən yolun təmiri yaxın üç ay müddətində başa çatdırılacaq:
"Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcəksiniz. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq.

Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva: “Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır”

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Oğurluq
Oğurluq
Oğurluq
Oğurluq
MƏLUMAT
MƏLUMAT
DİN HESABAT
DİN HESABAT
Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən  şəxs saxlanılıb