Mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən parkların birində iki nəfər şəxsin içərisində mobil telefonları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Füzuli Soltanov saxlanılıb. Onun müxtəlif vaxtlarda rayon ərazisində daha bir nəfər şəxsin mobil telefonunu, digər şəxsin isə velosipedini oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.