veten informasiya agentliyi

Siqaret çəkənlərə pis xəbər - Qiymətlər qalxa bilər

Tarix:14-04-2017, 10:00
Baxış Sayı:726

Siqaret çəkənlərə pis xəbər - Qiymətlər qalxa bilər















Hesablama Palatası Azərbaycanda tütün məmulatlarının da Vergi Məcəlləsi ilə aksizlərə cəlb olunmasını təklif edir

Ulus.Az xəbər verir ki, Hesablama Palatasından verilən məlumata görə, Vergi Məcəlləsi ilə (190.1-ci maddə) hazır məhsul olan konyak və şərabla yanaşı, konyak və şərab materialları da aksizə cəlb olunur. Palata ölkəyə hər il 1000 tondan çox tütün xammalının idxal olunmasını nəzərə alaraq, aksizlərə yalnız tütünü deyil, eyni zamanda tütün xammalının da aid edilməsini məqsədəuyğun sayıb.

Qurum hesab edir ki, tütün xammalının aksizlərə cəlb olunması sosial əhəmiyyət kəsb etməyən qiymət artımına səbəb olaraq, qeyri-neft sektorundan dövlət büdcəsinin gəlirlərinin həcminə müsbət təsir göstərməklə yanaşı, həmin məhsulların istehlakının məhdudlaşmasına səbəb ola bilər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən müəyyənləşdirdiyi göstəricilərə görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlər 35,5 faizdir. Siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır. Siqaret çəkənlərin 15,2 faizi 20-44, 24,1 faizi 45-64 yaşlı, 16,6 faizi isə yaşı 65-dən çox olan kişilərdir.

Ümumilikdə Azərbaycanda yaşı 15-dən çox olan kişilərin 36 %-i siqaret çəkir. Siqaret çəkən qadınların sayı isə heç 1%-ə çatmır. Qadınlar gündə orta hesabla 20, kişilər 15,9 ədəd siqaret çəkirlər. Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütün çəkmə göstərilir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?