veten informasiya agentliyi

Bakıda mənzil təmiri neçəyə başa gəlir? – QİYMƏTLƏR

Tarix:15-12-2018, 11:41
Baxış Sayı:655

 Bakıda mənzil təmiri neçəyə başa gəlir? – QİYMƏTLƏR















Bakıda mənzillər çoxaldıqca onun təmirinə də, ehtiyac bir o qədər artır. Artıq mənzil və ya obyektləri fərdi təmir edənlərlə yanaşı, bu sahədə ixtisaslaşmış şirkətlər də, xidmət göstərməyə başlayıb. Amma biz bu şirkətlərdən deyil, sizə təmir işlərinin qiymətləri barədə məlumat vermək istəyirik.

Fins.az xəbər verir ki, evin görkəmini dəyişən, gözəllik verən birinci mebellərdirsə, ondan sonra təbii ki, divara üzlənmiş divar kağızlarıdır(aboy). Ona görə də, adətən təmir zamanı əvvəlcə ev sahibi divar kağızı seçimini düzgün etməyə çalışır. Bunu nəzərə alıb divar kağızının neçəyə çəkilməsini araşdırmağa çalışdıq. Araşdırmamız zamanı məlum oldu ki, divarın qaşınması, onun qaydaya salınaraq kağızların üzlənməsinin kvadratı 3 manatdan başlayır. Amma bu son rəqəm deyil. Belə ki, kvadratı 3 manata olan ən aşağı qiymətdir. Təbii ki, burada qiymət keyfiyyətə və ustaya görə dəyişir. Belə ki, son zamanlar evlərin divarlarına kağız çəkilməsi zamanı yeni bir üsuldan istifadə olunmağa başlanıb. Bu üsul divarlara sulu aboyların vurulmasıdır. Sözügedən aboyların kvadratını ustalar ənənəvi divar kağızından baha çəkir. Sulu aboyların kvadratını 5 manata çəkən ustalar deyir ki, adıçəkilən yenilik ənənəvidən daha keyfiyyətlidir.

Ev təmirində birinci aboy gəlirsə növbəti mərhələlərdə isə kafel, metlaxdır. Kvadratı 18 manata başa gələn kafel, metlaxın keyfiyyətliliyi isə ustadan asılıdır. Bununla yanaşı evin təmiri zamanı bəzi hissələrdə rənglənmə işləri də aparılır. Rənglənmə işlərinin bir kvadratına görə, isə ev sahibi ustaya 5 manat ödəyir. Belələliklə aboy, ümumi evin bəzi hissələrində rənglənmə işlərinin aparılması və kafel, metlax işi ilə birgə 2 otaqlı mənzilin təmiri 2000 və ya 2500 manata başa gəlir. Bu rəqəm mənzil sahibinin seçimi və zövqünə görə dəyişə bilər.

10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı