veten informasiya agentliyi

Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda - Açıqlama

Tarix:23-01-2017, 11:45
Baxış Sayı:573

Azərbaycanın taekvondoçu qadınlardan ibarət milli komandasının sabiq baş məşqçisi Sun Mi Park Federasiyadan uzaqlaşdırılma və yığmanın aparıcı üzvü Fəridə Əzizovanı döyməsi barədə yayılmış məlumatları yalanlayıb.

“Qafqazinfo” xəbər verir ki, koreyalı mütəxəssis daha yaxşı iş təklifi olduğu üçün federasiyadan ayrıldığını bildirib:

“Fəridə Əzizova ilə əlaqədar yazının müəllifi Elşən Məmmədovla danışdım. Yazdıqlarını nəyə əsaslanaraq yazdığını soruşdum. Məqalənin tamamilə Fəridə Əzizovanın sözlərinə əsaslandığını söylədi. Azərbaycan Taekvondo Federasiyası tərəfindən də Elşən Məmmədova açıqlama verməsi üçün müraciət olduğuna görə, eyni izahatı federasiyaya göndərdiyini dedi. Federasiya tərəfindən işimdən uzaqlaşdırılmağım yalan məlumatdır. Əslində, müqavilə şərtləri ilə əlaqədar razılıq əldə edilmədiyinə və daha yaxşı şərtlərlə iş təkliflərinin mövcud olduğuna görə Azərbaycan Taekvondo Federasiyasında fəaliyyətimi durdurmağa qərar verdim. Çox şadam ki, Azərbaycan üçün Rio Olimpiyadasında Bürünc medal nəticəsini verə bildim. Taekvondoya göstərdiyi qayğı və dəstəyə görə Federasiyasının prezidenti Kəmaləddin Heydərova dərin minnətdarlığımı bildirirəm. Azərbaycanda fəaliyyətimi xoş və müsbət təəssüratla bitirməyi çox istəsəm də, bu cür böhtan və yalan dolu yazılar Azərbaycanla bağlı təəssüf hissi yaradır”.

Sabiq baş məşqçimiz onu da qeyd edib ki, haqqında yazılmış ittihamlarla bağlı məhkəməyə müraciət edəcək: “Fəridə Əzizova bu sözləri dediyini inkar edir. Nəticə etibarilə Fəridə Əzizova və Elşən Məmmədov arasında iki şəxsdən biri yalan danışır və böhtan atır. Bu hər kimdirsə qanun qarşısında cavab verəcək”.

Qeyd edək ki, Fəridə Əzizova 2012-ci ildə gənclər arasında dünya çempionu, 2013-cü ildə dünya, 2014-cü ildə isə Avropa çempionatının bürünc medalçısı olub. Yazıda 2015-ci ildə baş məşqçi ilə aralarında anlaşılmazlıq olduğu, məşqçinin idmançını vurması qeyd olunub. Həmin vaxtdan sonra onlar arasında soyuq münasibət yaranıb. Son olaraq da koreyalı mütəxəssis 2016-cı il dekabrın ortalarında Bakıda keçirilmiş Qran Prinin final mərhələsində və komandalararası dünya çempionatında Əzizovaya şans verməyib.

Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var
Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var
Edam hökmü niyə gecikir? - Azərbaycan İrandakı səfirini geri çağıra bilər
Edam hökmü niyə gecikir? - Azərbaycan İrandakı səfirini geri çağıra bilər
Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?
Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR
Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR