veten informasiya agentliyi

Milli Məclisin deputatları ilə jurnalistlər arasında futbol yarışı keçiriləcək

Tarix:21-12-2017, 10:35
Baxış Sayı:469

Milli Məclisin deputatları ilə jurnalistlər arasında futbol yarışı keçiriləcək

Dekabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.
“Ölkə.Az”-ın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər:

“Bu gün ölkəmizdə idmanın o sahəsi yoxdur ki, uğurlu nəticələri olmasın. Artıq bunu bütün dünya qəbul edir. Bütün bunlar təbii ki, Cənab Prezident İlham Əliyevin idmana olan böyük qayğısının nəticəsidir. Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”.
F.Muradov qeyd edib ki, bu oyun ölkə başçısının ad günü ərəfəsində keçiriləcək:

“Cənab Prezident bu günə qədər bütün ad günlərini çox sadə, cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik edəcəyik”.

Qeyd edək ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb. Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva: “Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır”

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Oğurluq
Oğurluq
Oğurluq
Oğurluq
MƏLUMAT
MƏLUMAT
DİN HESABAT
DİN HESABAT
Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən  şəxs saxlanılıb