veten informasiya agentliyi

Robert Prosineçki Azərbaycan millisi ilə bağlı qərarını açıqladı

Tarix:11-10-2017, 12:57
Baxış Sayı:549

Robert Prosineçki Azərbaycan millisi ilə bağlı qərarını açıqladı

Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasının sükanı arxasında qalmağa qərar verib.

AZTB.info "Report"a istinadən xəbər verir ki, bu barədə 48 yaşlı mütəxəssisin özü index.hr saytına müsahibəsində bildirib.

R.Prosineçki yaxın günlərdə danışıq aparmaq üçün Azərbaycana səfər edəcəyini söyləyib. Xorvatiyalı baş məşqçi hazırkı işini davam etdirəcəyi fikrində olduğunu vurğulayıb: “AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycanda olacağam. Çox güman ki, Azərbaycanda qalacağam”.

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasının baş məşqşçisi postuna dəvət almasına da münasibət bildirib. O, yayılan xəbərləri təkzib edib: “Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saatımı aldı. Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Amma hazırkı anadək heç kim mənimlə əlaqə saxlamayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm”.
R.Prosineçki dünya çempionatının "pley-off" mərhələsinə yüksələn Xorvatiya millisində baş məşqçi dəyişikliyinin əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Zlatko Daliç komandaya Ukrayna üzərində qələbə qazandıra bilibsə, yenə şans qazanmalıdır. Təcrübəli mütəxəssis həmvətənlərinin "pley-off"da Şimali İrlandiya ilə üz-üzə gəlmə ehtimalına da münasibət bildirib. O, seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer almış britaniyalıların Xorvatiya ilə qarşılaşmada heç bir şansa malik olmadığını söyləyib: "Düzdür, Şimali İrlandiya yaxşı komandadır, güclüdür, yüksək keyfiyyətli və mütəşəkkil komandadır, onlara qarşı oynamaq çətindir. Amma Xorvatiya yoldaşlıq görüşündə bu kollektivi yenmişdi. Fikrimcə, biz güclüyük və "pley-off"da rəqib Şimali İrlandiyaya olsa, Rusiyanı görəcəyik".

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edən R.Prosineçkini müqaviləsinin müddəti dekabrda başa çatır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva: “Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır”

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Oğurluq
Oğurluq
Oğurluq
Oğurluq
MƏLUMAT
MƏLUMAT
DİN HESABAT
DİN HESABAT
Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən  şəxs saxlanılıb