veten informasiya agentliyi

“Neftçi”nin kapitanı: “Bu qələbə xarakterimizin göstəricisidir”

Tarix:28-10-2019, 11:48
Baxış Sayı:693

“Neftçi”nin kapitanı: “Bu qələbə xarakterimizin göstəricisidir”

“Oyuna pis başladıq. Bununla belə, vaxtında toparlanıb qol epizodları yaratdıq və bunlardan faydalandıq. Yaxşı ki, buraxdığımız qolun əvəzini tez çıxa bildik”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov səfərdə “Sumqayıt”a 4:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra deyib.

O, matçın çətin keçdiyini bildirib: “Sumqayıt” bizə hər zaman yaxşı oynayır, inamla müdafiə olunur. Əvvəlki matçlarla müqayisədə, bu gün topla daha yaxşı oynadılar. Buna görə də taktikamızı bir qədər dəyişdik. Oyunumuz yaxşı alındı”.

Kapitan qələbələr qazandıqca komandada özünəinam hissinin atdığını söyləyib: “Avropa Liqasından sonra toparlanmaq, özümüzə gəlmək üçün bizə vaxt lazım idi. Sevindirici haldır ki, yavaş-yavaş qələbələr gəlir. Qol epizodlarından daha da yaxşı istifadə etməyə başlamışıq. Qalib gəlmək çox vacibdir. Bu, xallarımızın sayını artırmaqda bizə kömək edir. Hesabda geridə olduğumuz halda qələbə qazanmaq isə xarakterimizin göstəricisidir. Belə də davam etməliyik”.

Təcrübəli yarımmüdafiəçi ilk turlardakı uğursuzluğun səbəbini isə belə izah edib: “Tez-tez komanda daxilində bu barədə söhbətlər gedirdi. İlk iki turda qələbə qazana bilmədik. Bundan sonra psixoloji baxımdan eniş yaşandı. Hər şey buna görə baş verdi”.

Qeyd edək ki, Emin Mahmudov “Sumqayıt”la qarşılaşmada hər iki qolu penaltidən vurub.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?