veten informasiya agentliyi

“Arsenal” Bakıdakı finalı boykot etməyəcək, lakin Mxitaryansız gəlməyə hazırlaşır”

Tarix:17-05-2019, 09:57
Baxış Sayı:560

“Arsenal” Bakıdakı finalı boykot etməyəcək, lakin Mxitaryansız gəlməyə hazırlaşır”



İngiltərənin “Arsenal” futbol klubu erməni yarımmüdafiəçisi Genrix Mxitaryanı evdə qoyaraq Avropa Liqasının Bakıda keçiriləcək final oyununa onsuz gəlməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, Britaniyanın “The Guardian” nəşri bununla bağlı yazıb: “London klubunun düşərgəsində oyunçulardan birinin təhlükəsizlik problemlərinə görə bu cür ciddi oyunu faktiki olaraq buraxmağa məcbur qaldığı üçün qəzəb hiss olunur. Ötən həftə “Arsenal” UEFA-dan Azərbaycanla Ermənistan arasında davam edən siyasi gərginlik səbəbindən Mxitaryan üçün əlavə təhlükəsizlik zəmanəti tələb etmişdi. Danışıqlar davam edir. “Arsenal”ın qərarı gələn həftənin əvvəlindən gec olmayaraq elan ediləcək, lakin “topçular”ın cərgəsində bu məsələyə nikbin yanaşılmır. Həm klub, həm də oyunçu pərişandırlar”.

Eyni zamanda, “The Guardian” klub tərəfindən finalın boykot edilməsi ehtimalını nəzərdən keçirib. Klub buna getməyəcək.

“Arsenal” etiraz əlaməti kimi yarışlardan çəkilməyi real çıxış yolu hesab etmir, belə ki, finalda qələbə bir çox imtiyazlar verir, – ingilis nəşri davam edir. – Bu, həm kubok özü, həm Çempoionlar Liqasında iştirak haqqı və bunun müqabilində, proqnozlara görə, “Arsenal”ın əldə edəcəyi 60 milyon funt sterlinqdir.

Lakin daha vacib amil odur ki, klub finaldan imtina imkanını düşünmək kimi bir öhdəliyinin olması vəziyyətinə düşməməlidir”.

Xatırladaq ki, dünən məlum olduğuna görə, “Arsenal” UEFA-dan “komandanın Bakıda hərəkəyi zamanı, həmçinin oyunçuların yaşayacağı otelon ətrafında asayiş keşikçilərinin sayının artırılmasını tələb edib ki, Mxitaryan sərbəst hərəkət edə bilsin”.

Bununla birgə, AFFA, Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalın bütün iştirakçılarına, o cümlədən Mxitaryana təhlükəsizlik zəmanəti veriblər.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?