veten informasiya agentliyi

Necə olub ki, Quliyə “güllələnmə” yox, 15 illik həbs veriblər... - təfərrüat

Tarix:23-03-2018, 10:20
Baxış Sayı:498

Necə olub ki, Quliyə “güllələnmə” yox, 15 illik həbs veriblər... - təfərrüat
















Ötən ilin payızında 22,5 illik həbs həyatından sonra azadlığa buraxılan və ölkəni tərk edən kriminal avtoritet Nadir Səlifovun (kriminal aləmdə "Lotu Quli" və ya "Quli Bakinski" kimi tanınır) barəsində söz-söhbətlər yeni-yeni təfərüatlarla davam edir.

Kriminal avtoritetə dair sual doğuran məqamlardan biri də onun ötən əsrin 90-cı illərinin ortalarında iki adam öldürməsinə rəğmən o vaxt üçün ən ağır cəza - ölüm hökmü almaması ilə bağlıdır.

Bu hadisənin necə olmasına dair Munis Yusifoğlunun "Mən Quliyəm" adlı kitabında bəzi detallar var.

Kitabdakı həmin bölümü təqdim edirik.

***

"Uzun çəkən məhkəmə prosesinin sonunda prokuror Qulinin və onun dəstəsindəki şəxslərin törətdikləri cinayətlərə dair dövlət ittihamnaməsi oxuyub və məhkəmə heyətindən Quliyə ölüm hökmü çıxarmasını tələb edib.

O zamanlar ölüm hökmü icra edilməsə də, qüvvədə idi. Məhkəmələr ağır cinayətlər törədənlərə bu xəza növünü təyin edirdilər. Ölüm hökmü altında yatanlar Bayıldakı "ölüm korpusu”nda saxlanılırdılar.

Ənənəvi olaraq vəkillər müdafiə üçün vaxt istəyirlər, məhkəmə yekun qərar çıxarmaq üçün növbəti həftəyə təyin edilir.
Qulinin atası Nəriman Səlifov oğlunun güllələnmə cəzasında qurtulması üçün yollar, vasitəçilər axtarır. O, əvvəlcə hökumət dairələrin ciddi nüfuzu olan bir generalla görüşür, ondan oğlunun barəsində güllələnmə hökmünün çıxarılmaması üçün təsir göstərməyi xahiş edir.

General (o, hələ də mühüm vəzifə daşıyır) deyir ki, Nəriman kişi, mənə desəydin ki, oğlunu hansısa rayona icra başçısı, ya da polis rəisi qoydurum, ona gücüm çatardı, amma sənin oğlun qatı cinayətkardır, mən onun hökmünün dəyişdirilməsinə kömək edə bilmərəm”.

Qulinin bu barədə kitab müəllifinə danışan sabiq məhbəs yoldaşı Məzahirin sözlərinə görə, sonradan Nəriman kişi yaxınlarına danışırmış ki, generalın yanından çıxandan sonra qan təzyiqi qalxıb və hiss edib ki, artıq gözü yolu görmür. O, başını oturduğu maşının sükanına vurub, oğlunun əldən getdiyini, özünün heç nə edə bilmədiyini ağrıyla düşünüb, ancaq qərara gəlib pəs etməsin, yenə də səlahiyyətli, güclü adamlara çıxış axtarsın.

Ertəsi gün Nəriman Səlifov hansı dairələrə gedib çıxırsa, məhkəmədə Quliyə güllələnmə hökmü verilmir. Hakim Quliyə 15 il həbs cəzası kəsir.

Beləliklə, Qulinin 23 il çəkən məhbəs həyatı başlayır". /// musavat.com

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı