veten informasiya agentliyi

Dostunu qətlə yetirən şəxs Gürcüstanda ələ keçdi

Tarix:4-01-2018, 10:29
Baxış Sayı:670

Dostunu qətlə yetirən şəxs Gürcüstanda ələ keçdi














Həmyerisini öldürən Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Mustafayev Elçin Məmməd oğlu Gürcüstanda saxlanılaraq ölkəyə gətirilib.
Bu barədə “Ölkə.Az”-a Ağstafa rayon prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, ağır cinayət hadisəsi ötən ilin son günlərində Ağstafa rayonunun Xətai kəndində baş verib.

Gəncə sakini 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevin həmyerlisi Elçin Mustafayevlə avtomobildə mübahisəsi düşüb.

İnsident nəticədə sonuncu S.Əliyevi qətlə yetirərək sonradan ona məxsus "VAZ-2104" markalı avtomobili təxminən 1,5 kilometr kənarda yandırıb.

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsində aparılan ekspertiza nəticəsində məlum olub ki, meyitin boğaz nahiyəsində bir, kürək nahiyəsində isə bir neçə bıçaq xəsarəti var.
İlkin məlumata görə, qətlə yetirilən 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyev "Embawood" firmasının Gəncə şəhərində yerləşən mağazalarının birində çalışıb.

Hadisədən sonra izi itirmək məqsədi ilə avtomobili yandıran E.Mustafayev ölkədən qaçaraq Gürcüstana keçməyə müvəffəq olub.

Ancaq isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mustafayev qonşu ölkədə saxlanılaraq Ağstafa rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?