veten informasiya agentliyi

Şamaxıda köməksiz qalan turistlər necə xilas edildi? - FHN məlumat yaydı

Tarix:4-10-2017, 12:48
Baxış Sayı:595

Şamaxıda köməksiz qalan turistlər necə xilas edildi? - FHN məlumat yaydı












Şamaxıda köməksiz vəziyyətdə qalan əcnəbilər xilas edilib.

AZTB.info FHN-ə istinadən xəbər verir ki, oktyabrın 3-də Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında 2 nəfər Rusiya Federasiyası vətəndaşının çətin keçilən dağlıq ərazidə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından məlumat daxil olub.

Nazirliyin gördüyü operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilib, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilib, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası və Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb edilib.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində turistlərin yeri müəyyənləşdirilib, onların olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilib.

Bundan başqa, həmin ərazidə "UAZ" markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilib. Əməliyyat oktyabrın 3-də saat 19:10-da başa çatıb.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?