veten informasiya agentliyi

Hacıqabulda 5 nəfərin öldürüldüyü dəhşətli hadisənin səbəbi bilindi

Tarix:31-07-2017, 11:10
Baxış Sayı:706

Hacıqabulda 5 nəfərin öldürüldüyü dəhşətli hadisənin səbəbi bilindi














Hacıqabulda 5 nəfərin öldürülməsi ilə nəticələnən evə basqın kriminal "razborka”dan qaynaqlanıbmış. Xəbər verdiyimiz kimi, bu gecə Hacıqabul rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Virtualaz.org xəbər verir ki, B.İbrahimov küçəsindəki evlərdən birinə soxulan silahlı şəxs evdə olan ailə üzvlərinə odlu silahdan atəş açıb. Hadisə nəticəsində evin xanımı - 59 yaşlı Almara Qəmbərova, onun qardaşı Namiq, qardaşı oğlu Nazim, qızları Gülbağda aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər. Evin sahibi Məhəmməd Qəmbərov isə ağır güllə yaraları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Təsdiqlənməmiş məlumata görə, hadisə ailənin Moskva şəhərində ticarətlə və idmanla məşğul olan "Moskva Natiq” ləqəbli oğru ilə uzun illər məhkumluq həyatı yaşamış Hacıqabul rayon sakini Mübariz Mehdiyevlə aralarında uzun müddətdir ki, yaşanan münaqişə nəticəsində baş verib.

Hadisə vaxtı Natiq Qəmbərov Azərbaycanda olsa da, Hacıqabuldakı evlərində olmadığından, xəsarət almayıb. Hadisəni törətmiş Mübariz Mehdiyev isə əlində olan odlu silahdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı hüquq-muhafizə orqanlarında araşdırmalara başlanılıb.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı