veten informasiya agentliyi

İranda ballistik raketlərin hazırlanması təklif edilib

Tarix:5-06-2026, 11:04
Baxış Sayı:46

İranda ballistik raketlərin hazırlanması təklif edilib


İran parlamentinin 85 üzvü ölkənin ali rəhbəri Müctəba Xameneidən qitələrarası ballistik raketlərin (QBR) hazırlanmasına razılıq verməsini istəyib.
Bu barədə İranın "Asriran" qəzeti məlumat yayıb. Bildirilib ki, məktubu imzalayan deputatlar Vaşinqtonun Tehranla apardığı danışıqlardakı mövqeyinə şübhə ilə yanaşdıqlarını ifadə ediblər.
İsrailin "The Jerusalem Post" nəşrinin yazdığına görə, ABŞ-nin Müharibələrin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məktubu ABŞ ərazisinə çata biləcək raketlərin yaradılmasına çağırış kimi qiymətləndiriblər.
İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror nəşrə açıqlamasında bildirib ki, Vaşinqtonla aparılan danışıqlar nəticəsində əldə edilə biləcək əlverişli iqtisadi şərait Tehrana bu cür layihələri həyata keçirmək üçün lazım olan resursları təmin edə bilər.
Qəzetin məlumatına görə, məktubu İranın sərt xətt tərəfdarları da imzalayıblar. Onların arasında ABŞ ilə danışıqlara qarşı çıxan İranın sabiq xarici işlər naziri Menuçöhr Mottəki də yer alıb.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu