veten informasiya agentliyi

Taksi sürücüsü Artur Rasizadənin kortejinə “protiv” getdi, görün nələr oldu - VİDEO

Tarix:23-06-2017, 13:19
Baxış Sayı:664

Taksi sürücüsü Artur Rasizadənin kortejinə “protiv” getdi, görün nələr oldu - VİDEO

















İyunun 22-də, saat 20:00-da Bakıda taksi sürücü kobud qayda pozaraq həm qarşı yola çıxıb, həm də operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi kortejin yolunu kəsib

Hadisə anbaan kameraya düşüb. Belə ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ilə hərəkət edən avtomobil sürücülərinin böyük əksəriyyəti sıxlıq olmasına baxmayaq ardıcıl dayandıqları halda bir neçə sürücü qarşı yola çıxaraq hərəkət edib.

Onlardan biri də “Tofaş” markalı, 50 DF 944 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub. Üzərində taksi nişanı olan sürücü özünü başqalarından ağıllı sayaraq qarşı yola çıxaraq təxminən 150 metr gedəndən sonra qəflətən 99 YP 515 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə üz-üzə gəlib. Məlum olub ki, DYP avtomobili Baş nazir Artur Rasizadənin kortejini müşaiyət edir və Artur müəllim özü də avtomobildədir. Sağ zolaqdakı maşınlar bir-birinə yaxın dayandığı üçün heç kimi “Tofaş” sürücüsünə yol verə bilməyib. Bunu görən DYP inspektoru taksi sürücüsünə geriyə hərəkət etməyi əmr edib. Sürücü çətinlik çəkə-çəkə 150 metr yolu geriyə sürməli olub.

Gözlənilməz hadisə baş versə də yol polisi doğru qərar verərək Baş nazirin kortejinin hərəkəti davam etdirməsini təmin edə bilib. Eyni zamanda, həmin sürücü barəsində inzibati protokol tərtib edilib. Belə ki, sürücü qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etdiyi üşün 100 manat, 4 bal cərimə olunub. Bundan əlavə, sayrışan işıqlarla xəbərdarlıq edən operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi avtomobil karvanına yol vermədiyi üçün də 3 bal, 100 manat miqdarında cərimə protokolu tərtib edilib. (Avtosfer.az)

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?