veten informasiya agentliyi

Sevgilisi ilə dalaşan qız 6 nəfəri güllələdi - Aralarında azərbaycanlı da var

Tarix:15-04-2017, 15:23
Baxış Sayı:630

Sevgilisi ilə dalaşan qız 6 nəfəri güllələdi - Aralarında azərbaycanlı da var











Türkiyədə sevgilisi ilə dalaşdıqdan sonra əsəb gərginliyi keçirən gənc qarşısına çıxanları güllələyib.

BiG.AZ-ın verdiyi məlumata görə, hadisə nəticəsində altı nəfər yaralanıb. Onların arasında azərbaycanlı da var.

Hadisə İstanbulun Bahçelievlər Siyavuşpaşa Məhəlləsində baş verib. Cenk İ. adlı şəxs 21 yaşlı Eray Aygün adlı gəncə zəng edərək görüşmək istədiyini deyib. Aygün isə "bu gün hər kəsi güllələyəcəyəm" deyərək telefonu söndürüb. Bundan az sonra o adıçəkilən məhəllədən keçənlərə atəş açmağa başlayıb.

"Mən də ona heç kimi yox, gəlib məni gülləməsini dedim. Silah səslərini eşidib çölə çıxdım. Erayın hər kəsə atəş açdığını görüb yanına getdim. O da silahı başıma dirədi. Ancaq güllə açılmadı. Mən də dərhal onun əlindən silahı alıb atdım. Özü isə qaçdı", deyə Cenk İ. bildirib.

Hadisə nəticəsində yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan dördünün, o cümlədən adı açıqlanmayan Azərbaycan vətəndaşının vəziyyəti ağırdır.

Polisin məlumatına görə, gənc dostu ilə mübahisədən sonra həyətə düşüb. Burada o "niyə yol vermirsən?" bəhanəsi ilə iki nəfəri yaralayıb. Digərlərinə isə "niyə baxırsınız?" deyə bağıraraq atəş açıb.

Digər bir iddiaya görə, Erayın bacısı bir müddət öncə qoşularaq qaçıb. Bundan sonra onun əsəbləri pozulub.

Adıçəkilən şəxs bir müddət öncə oğurluq üstündə həbsdə olub. (istipress)

Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı
Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı
Bu gün vergi xidməti əməkdaşlarının peşə bayramıdır
Bu gün vergi xidməti əməkdaşlarının peşə bayramıdır
Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər?
Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər?
Moskvaya zərbə: Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçiliyini rədd etdi
Moskvaya zərbə: Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçiliyini rədd etdi
Daha bir bölgədə müharibə riski: ABŞ sualtı qayıq göndərdi - Bu ölkə xəbərdarlıq etdi
Daha bir bölgədə müharibə riski: ABŞ sualtı qayıq göndərdi - Bu ölkə xəbərdarlıq etdi
Nazirlikdən əsgər valideynlərinə daha bir çağırış
Nazirlikdən əsgər valideynlərinə daha bir çağırış
Saleh Məmmədova yeni müavin təyin edildi
Saleh Məmmədova yeni müavin təyin edildi
"Rus Evi" onun adından yayılan saxta sənədlərlə bağlı bəyanat yaydı