veten informasiya agentliyi

“Diaspor Gənclərinin V Yay Düşərgəsi”nə seçimlər başa çatıb

Tarix:27-07-2024, 12:15
Baxış Sayı:60

“Diaspor Gənclərinin V Yay Düşərgəsi”nə seçimlər başa çatıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Laçın şəhərində keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinə seçimlər başa çatıb.
Düşərgəyə qatılmaq üçün 500-ə yaxın elektron müraciət daxil olub. Qeydiyyat və müsahibə mərhələlərindən sonra 60 ölkəni təmsil edən 119 nəfər düşərgədə iştirak üçün seçilib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.
Bildirək ki, “Diaspor Gənclərinin V Yay Düşərgəsi” 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması münasibətilə Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərində təşkil ediləcək.
Yay düşərgəsinin proqramına müxtəlif ictimai-siyasi xarakterli panellər, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, ana dili dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.
Xatırladaq ki, Diaspor Gənclərinin bu günədək təşkil olunan düşərgələri Şəki, Şamaxı, Şuşa və Naxçıvanda baş tutub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
DİN HESABAT
DİN HESABAT
Lerikdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Lerikdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin  və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatı
DİN HESABAT
DİN HESABAT
DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü
DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü