veten informasiya agentliyi

DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü

Tarix:5-09-2024, 20:26
Baxış Sayı:20

DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatı 2024” (Human Capital Management Excellence Awards 2024) beynəlxalq müsabiqəsinin qalibi olub.

DOST Agentliyi “Ən yaxşı sosial təsir” kateqoriyasında İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatına layiq görülüb.

"Brandon Hall Group" tərəfindən təşkil olunan müsabiqəyə sosial müdafiə, məşğulluq, əlillik, əmək münasibətləri sahələrində DOST xidmətlərinin göstərilməsində, bu sahədə innovativ təşəbbüslərin reallaşdırılması və vətəndaş məmnunluğunun artırılmasında, eləcə də bərabərliyin və inklüzivliyin təmin olunmasında "Könüllü DOST" proqramının təcrübəsi təqdim olunub.

ABŞ-də yerləşən və 30 ildir fəaliyyət göstərən "Brandon Hall Group" insan kapitalının idarə edilməsi üzrə təhlil və araşdırmalar aparan, sertifikatlar və qabaqcıl təcrübələrə görə Mükəmməllik Mükafatları təqdim edən və peşəkar inkişafı dəstəkləyən, bu sahədə qabaqcıl təcrübələri təbliğ edən təşkilatdır.

Mükafatın təqdimetmə mərasimi 2025-ci ilin yanvar ayında ABŞ-nin Florida ştatının Uest Palm Biç şəhərində keçiriləcək. “HCM Mükəmməllik Konfransı 2025”in qala tədbirində ekspert və idarəçilər, media nümayəndələri, müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak edəcək.

Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR
Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək - ŞAD XƏBƏR
Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
Qızıl yenə bahalaşdı
Qızıl yenə bahalaşdı
Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salındı
Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salındı
Gürcüstan - Rusiya sərhədi bağlanacaq
Gürcüstan - Rusiya sərhədi bağlanacaq
Şuşada 33 ildən sonra ilk zəng çalındı
Şuşada 33 ildən sonra ilk zəng çalındı
Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
Azərbaycanda iki yeni universitet FƏALİYYƏTƏ BAŞLAYIR
Azərbaycanda iki yeni universitet FƏALİYYƏTƏ BAŞLAYIR