veten informasiya agentliyi

Reket jurnalisti butulka ilə yaraladılar - Rəisi söydüyünə görə

Tarix:10-04-2017, 09:58
Baxış Sayı:810

Reket jurnalisti butulka ilə yaraladılar - Rəisi söydüyünə görə
















"Regionun səsi" qəzetinin baş redaktoru Ağasəf Həsənov ölümcül döyülüb. Hadisə ötən gün Cəlilabad rayonundakı yeməkxanalardan birində baş verib. Başında ağır xəsarət alan A.Həsənov qan içərisində xəstəxanaya yerləşdirilib.

A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təsdiq etməyib.

Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov criminal.az saytına açıqlamasında bildirib ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orada olmayıb.

Criminal.az-ın əldə etdiyi məlumata görə, hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, "Regionun səsi" qəzeti Mətbuat Şurasının "reket nəşrlər" üçün tərtib etdiyi "qara siyahı"ya salınıb.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?