veten informasiya agentliyi

Uşaq diş məcununa olan allergik reaksiya nəticəsində ölüb – Valideynlərindən çağırış

Tarix:22-04-2019, 14:16
Baxış Sayı:322

Uşaq diş məcununa olan allergik reaksiya nəticəsində ölüb – Valideynlərindən çağırış













Kaliforniyada 11 yaşlı qız uşağı tərkibində süd zülalı olan diş məcununun inqrediyentinə qarşı allergik reaksiya nəticəsində dünyasını dəyişib.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, ölən Denizin valideynləri – Monik Altamirano və Xose Saldate öz bəyanatlarında allergiyalı uşaqları olan digər valideynləri məhsulun üzərindəki bütün məlumatları oxumağa çağırıblar. Bildiriblər ki, onların əllərinin altında daim EpiPens (adrenalin dozasının təcili inyeksiyası üçün birdəfəlik portativ qurğu) olub və həmişə qızlarında ciddi allergik reaksiya yarada biləcək hər şeydən çəkinməyə çalışıblar. Denizin süd məhsullarına allergiyası olub. Onlar hər dəfə uşağa hansısa məhsuldan istifadə üçün icazə verməmişdən əvvəl üzərindəki kiçik yazıları oxuduqlarını bildiriblər. Lakin heç vaxt diş məcununun tərkibində süd məhsulunun olması ilə rastlaşmayıblar. Bu səbəbdən də Denizə diş həkiminin təyin etdiyi “MI Paste One” müalicəvi diş məcunundan istifadəyə icazə veriblər.

Aprelin 4-də axşam Deniz dişlərini yeni diş məcunu ilə sürtdükdən dərhal sonra onun halı pisləşib. Anasının sözlərinə görə, uşaq yataq otağına çatanda artıq onun dodaqları göyərmişdi. Valideynləri “EpiPen” və astma inhalyatoru tətbiq etsələr də, Deniz artıq nəfəs ala bilmirdi. Həkim-mütəxəssislər gələnədək anası uşağa ürək-ağciyər reanimasiyası edib, lakin onu xilas etmək mümkün olmayıb. Məlum olub ki, diş məcununun tübikində “Recaldent” inqrediyenti – inək südü zülalından alınan ekstrakt barədə kiçik xəbərdarlıq qeyd edilib.

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə İsmayıllı SMSİİ-də tədbir keçirildi
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü  münasibətilə İsmayıllı SMSİİ-də tədbir keçirildi
Prezident İlham Əliyevin 80 illik yubiley çıxışının əsas mesajları
Prezident İlham Əliyevin 80 illik yubiley çıxışının əsas mesajları
8 Noyabr – Qürur və Zəfər Günümüz
8 Noyabr – Qürur və Zəfər Günümüz
Zəfərlə yenidən doğulan Azərbaycan
Zəfərlə yenidən doğulan Azərbaycan
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Günü”nə həsr olunmuş “Zəfərin 5 ili” adlı bayram tədbiri keçirilib!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Günü”nə həsr olunmuş “Zəfərin 5 ili” adlı bayram tədbiri keçirilib!
Kolatan bələdiyyəsində hərc-mərclik : Bələdiyyə sədri arayış satır – VİDEO
Kolatan bələdiyyəsində hərc-mərclik : Bələdiyyə sədri arayış satır – VİDEO
Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”
Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”
Elm aparıcı qüvvədir, onu millətin rifahına yönəltmək lazımdır
Elm aparıcı qüvvədir, onu millətin rifahına yönəltmək lazımdır