veten informasiya agentliyi

Daha bir şəhid verdik -Cəbhədə itki - FOTOLAR

Tarix:28-02-2017, 12:52
Baxış Sayı:939

Daha bir şəhid verdik -Cəbhədə itki - FOTOLAR

















Ordumuz bu gecə də düşmənlə atışma zamanı itki verib.

Tovuz Rayon Yanıqlı kənd sakini Elvin Süleyman oğlu Əhmədov ötən gün cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına həlak olub. Şəhidlə bağlı Müdafiə Nazirliyindən məlumat verilməsə də, millət vəkili Qənirə Paşayeva faktı təsdiqləyib:

"Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub. Yanıqlı kəndindəndir Elvin qardaşımız. Bu gün Xocalı soyrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtalyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, Vətən sevdalıdır. Səbr dilədiyim şəhid atamız deyəsən səsimin titrədiyinin fərqində idi və telefonda Qənirə xanım oğlumla qürur duyuram, təki Vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun dedi. Belə şəhid ailələri qarşısında sadəcə baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi inşallah Tovuza gəliib ailəmizi ziyarət edəcəm. İnanıram ki Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qanınız yerdə qalmayacaq, əziz şəhidlərimiz"- deyə millət vəkili sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Elvin Süleyman oğlu Əhmədovun cənazəsini bu gün ailəsinə təhvil verdilər. Şəhidimiz bu gün dəfn olunacaq.

Allah şəhidimizə rəhmət eləsin!

Qaynarinfo.Az

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?