veten informasiya agentliyi

"Avtonəqliyyat" ASC-nin müdiri haqda SENSASİON İDDİA – “DÖVLƏTƏ MƏXSUS 4 HEKTAR TORPAQ SAHƏSİNİ SATIB”

Tarix:18-10-2017, 13:07
Baxış Sayı:653

"Avtonəqliyyat" ASC-nin müdiri haqda SENSASİON İDDİA – “DÖVLƏTƏ MƏXSUS 4 HEKTAR TORPAQ SAHƏSİNİ SATIB”










Göyçay rayonun bir qrup sakini tərəfindən "Yeni Sözçü" qəzetinin elektron ünvanına şikayət məktubu daxil olub. Məktubda qeyd olunur ki, Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovla əlbir olub, Şirvanmes yolu deyilən ərazidə yerləşən dövlətə məxsus 4 hektar torpaq sahəsini qanunsuz olaraq, saxtakarlıq yolu ilə satıblar:
"Bu cinayət əməlidir ki, Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovla əlbir olub həyata keçirir. Həmin 4 hektar torpaq sahəsi sovetlər dönəmində yeni avtobaza inşa edilməsi üçün ayrılmışdır. Ancaq həmin torpaq sahəsində yeni avtobaza inşa edilmədi. Buna görə də həmin 4 hektar torpaq sahəsi dövlətin balansında qaldı. Bunun üçün də həmin 4 hektar torpaq sahəsinin Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevə heç bir aidiyyatı yoxdur. Bu torpaq sahəsi Əmılak Komitəsinə aiddir ki, hərrac qaydasında vətəndaşlara satılmalıdır və əldə edilən gəlir dövlətin büdcəsinə köçürülməlidir.
Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovla əlbir olub, dövlətə məxsus 4 hektar torpaq sahəsini heç bir hərrac keçirmədən, qanunsuz olaraq satıb talan edirlər. Biz sakinlər bu saxtakarlıq cinayəti barədə Dövlət Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova ərizə ilə müraciət edib, təcili araşdırıb qanuna müvafiq tədbirlər görməsini xahiş etmişik.
Bu fakt Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin ilk cinayət əməli deyil. Bu adamın cinayət əməlləri nəticəsində çoxlu sayda Göyçay sakinlərinə ziyan dəymişdir. Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-də anti-sanitariya içində saxta sənədlərlə bazar işlədir. Həmin bazarı da saxta sənədlərlə əldə etmişdir. Hazırda da Göyçay rayonu Şirvanmest adlı ərazidə yerləşən həmin 4 hektar torpaq sahəsi saxtakarlıqla ayrı-ayrı şəxslərə tikinti üçün hissə-hissə satılaraq, əldə edilən pullar Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevlə Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovun cibinə gedir.
Biz mətbuat vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovdan xahiş edirik ki, Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev ilə əlbir olub dövlət torpağını saxtakarlıqla satan Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovun barəsində qanunu tədbirlər görəsiniz. Bu barədə dərhal cinayət işinin başlanılması, cinayət törətmiş bu iki vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi üçün qanunu tədbirlər görməyinizi xahiş edirik”.
Qeyd edək ki, məktuba aşağıdakı sakinlər imza atıb:
1) Əliyev Kamil Osman oğlu
2) Umudov Səmid Qadir oğlu
3) Rəhimov Ələkbər Vahid oğlu
4) Eminov Gülağa Əbdül oğlu
5) Xudiyev Məhəmməd Əli oğlu
6) İsmayılov Emin Zöhrab oğlu

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?