veten informasiya agentliyi

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə yenidən müsahibə mərhələsinə başlanılır

Tarix:18-07-2024, 08:00
Baxış Sayı:29

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə yenidən müsahibə mərhələsinə başlanılır


Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə yenidən müsahibə mərhələsinə başlanılır
- - - - - -
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin yenidən müsahibə mərhələsinə start verilir.
Müsahibədə iştirak etmək istəyən namizədlər 17 iyul saat 11:00 tarixindən 22 iyul 2024-cü il tarixinədək saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://ref.az/3foagEs
Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 (bir) il üçün keçərlidir.)
Müsahibədə 2023-cü ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə yanaşı, həmçinin 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər də vakansiya seçimində iştirak edə bilərlər.
Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yer yarandığı halda, regional təhsil idarəsinin rəsmi internet səhifələrində elan veriləcək. Müsahibənin elanı barədə məlumatlı olmağınız üçün idarənin rəsmi internet səhifələrini mütəmadi izləməyiniz tövsiyə olunur.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:
https://ref.az/q6MDB2
#EduAz #MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #MəktəbəqədərTəhsil #TərbiyəçiMüəllim

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
DİN HESABAT
DİN HESABAT
Lerikdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Lerikdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin  və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatı
DİN HESABAT
DİN HESABAT
DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü
DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü