22 may 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan Gənclər evində şahmat idman növü üzrə həvəskarlar arasında yaz turniri keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd rayonda şahmat idman növünün gənclər və böyüklər arasında təbliği və kütləviliyinin artırılması, idarə və təşkilatlarda işləyən vətəndaşların asudə vaxtının səmərəli təşkilidir.
Yarışda idarə və təşkilatlardan 12 nəfər həvəskar şahmatçı iştirak edib və Qobustan Gənclər evinin əməkdaşı Şövqi Soltanın qələbəsi ilə nəticələnib.
Mükafata layiq 2-ci və 3-cü yerlərə müvafiq olaraq Qobustan RMX-nın nümayəndəsi Elbrus Xanəli və Gənclər evinin daha bir əməkdaşı Ramin Məmmədov görülüblər.
Turnirin qalibi və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.