Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Gürcüstanda Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tbilisidəki Heydər Əliyev parkının qarşısında təşkil olunan tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi konsert proqamı ilə iştirak edib.
Sonra rəsmilərin iştirakı ilə Novruz tonqalı alovlandırılıb.
Bayram tədbiri keçəl və kosanın məzəli əhvalatları ilə davam edib.
Sonda xatirə şəkili çəkilib.