veten informasiya agentliyi

"Ağsu Gəncləri" mövzusunda tədbir keçirilib

Tarix:11-02-2024, 23:23
Baxış Sayı:90

02 fevral 2024-cü il tarixdə "Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu"nda "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə Ağsu Qoruğunun və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Ağsu Gəncləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağsu Qoruğunun gənc əməkdaşları, Gənclər və İdman sektorunun nümayəndələri, Ağsudan olan aktiv gənclər iştirak ediblər.
İlk öncə Ağsu rayonundan olan və II Qarabağ müharibəsində şəhid olan qəhrəman gənclərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ağsu Qoruğunun direktoru Şölə Bayramova çıxış edərək gəncləri salamlayıb, onları təbrik edib və gənclərə uğurlar arzulayıb. O, “Ağsu Qoruğu və gənclər” adlı təqdimatı təqdim edib.Ağsu rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Təhmasib Məhəmmmədhüseyin çıxış edərək, gəncləri təbrik edib, dərslərində və gələcək həyatında uğurlar arzu edib. O müxtəlif yerli və beynəlxalq olimpiada, bilik yarışlarında fərqlənən Ağsu gənclərinin qazandığı nailiyyətlərdən bəhs edib. Ağsu şəhər Aslan Nadirov adına şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətov və Ağsu şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyət Soltanova gənclərimizin tarixi biliklərinin artırılmasında Ağsu Qoruğunun rolunu və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin apardığı tədqiqatlarının önəmindən bəhs edib və gənclərin uğuru ilə fəxr etdiklərini qeyd ediblər.
Sonra ️Ağsu şəhər Aslan Nadirov adına şəhər 1 saylı məktəb-liseyin şagirdləri- Şəki şəhərində keçirilən Respublika üzrə yarışda 3-cü yer, region üzrə hərbi yarışlarda 1-ci və 2-ci yer tutan Ayxan Tağıyev, Şəki və Bakı şəhərində keçirilən idman yarışlarında iştirak etmiş və Respublika üzrə 3-cü yer tutan Əlinur Tağıyev, Ağsu şəhər 3 saylı tam orta məktəbin şagirdləri- “Fibonacci” intellektual oyunu üzrə Qobustandakı Region yarımfinalının qalibi Murad Abışzadə, Yusif Hüseynov, Ruhin Baxşiyev, Elmir Osmanlı, İbrahim Kazaklı və Xəzər Məcidli uğurları haqqında məlumat bölüşüblər.
Sonda iştirakçılara müxtəlif maraqlı kitablar hədiyyə olundu.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
X-XI sinif şagirdləri ilə görüşüblər
X-XI sinif şagirdləri ilə görüşüblər
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
"Füzuli dünyası" adlı tədbir keçirilib
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb