veten informasiya agentliyi

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Tarix:21-07-2023, 19:14
Baxış Sayı:88

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

​Azərbaycan Respublikası Prezidentinin 2023-cü 12 iyul il tarixli Fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na daha 5 xidmət əlavə edilərək xidmətlərin sayı 159-a çatdırılıb.

​Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.

​Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açıldığını, ötən dövrdə bu mərkəzlərdə 1 milyon 616 mindən çox vətəndaşa xidmət göstərildiyini, xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,2 faiz təşkil etdiyini qeyd edib.

​O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyini vurğulayıb.

​Bu ilin sentyabr ayında DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransın keçiriləcəyi diqqətə çatdırılıb.

​Bildirilib ki, Regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin sakinləri DOST xidmətləri ilə tam əhatə olunacaq.

​DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən Agentliyin bu ilki fəaliyyətinə və hədəflərinə dair təqdimat edilib.

​İclasda DOST Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
X-XI sinif şagirdləri ilə görüşüblər
X-XI sinif şagirdləri ilə görüşüblər
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
"Füzuli dünyası" adlı tədbir keçirilib
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb